Aytən Səfərova Xəzər TV xəbəri təkzib etsə də hazırda iş başındadır


Aytən Səfərova Xəzər TV xəbəri təkzib etsə də hazırda iş başındadır

ATV-nin keçmiş aparıcı Aytən Səfərova Xəzər televiziyasına getməsi barədə yayılan xəbərləri təkzib edib.

Aparıcı açıqlamasında bildirib ki, SPACE TV ilə danışıqlar gedir, lakin rəsmi bir qərar verilməyib.

MediaTime
–ın əldə etdiyi məlumata görə, Aytən hal-hazırda XƏZƏR TV-də iş başındadır. O, yeni mövsümdə həftənin 5 günü səhər verilişini tək aparacaq. 


Qeyd edək ki, bir neçə gün əvvəl işindən ayrılan Aytən Səfərovanın uzun zamandır aparıcı kimi görmədiyimiz İlkin Həsəni ilə birgə SPACE TV-də tamaşaçı qarşısına çıxacağı xəbəri yayılmışdır.

Elton HACIYEV