Covid-19 Aygün Kazımovadan da yan keçmədi: "3 günü ağır keçirdim"


Covid-19 Aygün Kazımovadan da yan keçmədi:

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub.

MediaTime xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:

"Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim çox ağrıyırdı, özümü halsız və gücsüz hiss edirdim. Bəxtimə çox gözəl həkim düşdü. Onun mənə yazdığı müalicə sayəsində 10 gün ərzində sağaldım. Doğurdan da ağır xəstəlikdir. Hazırda hər şey yaxşıdır. Özünüzü qoruyun. Bütün xəstələnənlərə şəfa diləyirəm".