İlhamə Quliyevanın boş qalan yerinə təyinat oldu: "Şou-biznesdə Kleopatra var artıq!"


İlhamə Quliyevanın boş qalan yerinə təyinat oldu:

“Lavanda qoxulum” mahnısı ilə gündəmə gələn Kleopatra şəxsi instaqram hesabında sensasion açıqlaması ilə gündəm yaradıb.

MediaTime xəbər verir ki, o bildirib ki, mərhum Xalq artisti İlhamə Quliyevanın “taxt”ında əyləşmək istəməsi və özünü həmin “taxt”a layiq bilib:

“Şou-biznesdə həqiqətən də böyük duzsuzluq və sıxıcılıq yaranıb. Primadonna (Allah ona rəhmət eləsin!) rəhmətə getdikdən sonra, şou-biznesin duzunu özü ilə aparıb, səhnənin yaraşığı tamamilə itib.

 Amma şou-biznesdə Kleopatra var artıq! Şou-biznesin kraliçası, kleopatrası var. Bəli,bəli… Düz başa düşdünüz. Bu boşluğu və duzsuzluğu mənim varlığım dolduracaq”.