Builki mərasim daha maraqlı oldu - Qırmızı xalçada ən çox ondan danışıldı


Builki mərasim daha maraqlı oldu -

Ötən gecə ABŞ-ın Nyu-York şəhərində nüfuzlu MTV Video Musiqi Mükafatı baş tutub.

MediaTime
xəbər verir ki, keçən il pandemiya səbəbindən əyləncəsiz keçirilən mərasim bu dəfə köhnə parlaq günlərinə qayıdıb.
Gecənin qırmızı xalçası isə maskaradı xatırladıb. Belə ki, məşhurlar bu il ənənəvi olaraq fərqli geyimlərlə tədbirə qatılıblar.
Gecədə ən diqqət çəkən simalar arasında model Meqan Foks və sevgilisi repçi Kolson Beyker olub.
Meqanın mərasim üçün seçdiyi orijinal şəffaf geyimi diqqətləri üzərinə cəlb edib. Kolson isə "Dolce & Gabbana"dan olan qırmızı kostyuma üstünlük verib.
Cütlük qırmızı xalçadakı səmimi pozları ilə diqqət çəkib.
Bundan əlavə, mükafat tədbirində Cennifer Lopez, Peris Hilton, Rita Ora, Ed Şeran və başqaları yer alıb.