Aygün Kazımova Milli Musiqi Günündə " Lya Lya Fa" söylədi - Video


Aygün Kazımova Milli Musiqi Günündə " Lya Lya Fa" söylədi

Xalq artisti Aygün Kazımovanın repertuarına yeni mahnı əlavə olunub.

MediaTime xəbər verir ki, sənətçi “Lya Lya Fa" adlı mahnısını təqdim edib. Bəstə Kazımovanın rəsmi “Youtube” səhifəsində "Sizlər üçün, özəl olaraq 18 Sentyabr Milli Musiqi Günündə yeni mahnımı təqdim edirəm" şərhi ilə yerləşdirilib.

Bundan əlavə, pop-diva sözügedən mahnı üçün Ruslan Nəbiyevin obyektivi qarşısına keçərək fotosessiya etdirib. A.Kazımovanın obrazı üzərində Elnara de Birbuet çalışıb. Makiyaj Nigar İbrahimova saç düzümü isə Telman Heybətova məxsusdur.

Qeyd edək ki, bəstənin sözləri Azər Şirin, musiqi- aranjimanı Məmmədhüseynov Tərlana məxsusdur.



Elton HACIYEV