Rejissordan Nura Suriyə sərt cavab gəldi: "Pul vermək istəmirlər!"


Rejissordan Nura Suriyə sərt cavab gəldi:

Rejissor Nail Naiboğlu qalmaqallı açıqlaması ilə diqqət çəkib.

MediaTime xəbər verir ki, rejissor Nura Surinin Azərbaycanda rejissor tapa bilməməsi ilə bağlı verdiyi açıqlamasına  münasibət bildirib.
Naiboğlu ölkəmizdə kifayət qədər peşəkar və öz işini bilən rejissorların olduğunu, sadəcə müğənnilərimizin simiclik edərək onlara klip çəkdirmək istəmədiyini bildirib:
"Azərbaycanda gözəl klip çəkən rejissorlarımız var. Biz heç də xaricdə çəkilən kliplərdən pis ekran işi ərsəyə gətirmirik. Nura xanım xarici rejissorlara verdiyi pulu yerli rejiossorlarımıza vermək istəmir. Müğənnilərimiz yaxşı klip çəkdirmək üçün çox pul xərcləməlidirlər.
Onlar geyimə, makiyaja, məkana pul verirlər, amma rejissora gələndə pul vermək istəmirlər. Ucuz ətin şorbası olmur. Pul az veriləndə rejissor da iş görə bilmir. Nura xanım, siz nə vaxt gəldiniz, 10 min AZN qoydunuz qarşıma, mən çəkdim, siz bəyənmədiniz. Mənə müraciət edən ifaçılar o qədər ağlayırlar ki, az qalıram, 2-3 çörək alım verim onlara".