23 illik xəyalını İstanbulda gerçəkləşdirdi - Fotolar


23 illik xəyalını İstanbulda gerçəkləşdirdi -

Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın 23 illik arzusu həyata keçib.

MediaTime türk mediasına istinadən xəbər verir ki, sənətçi ilk dəfə İstanbulda konsert proqramı ilə çıxış edib. Günel məkanların birində səhnə almazdan əvvəl mətbuata açıqlama verib.
Zeynalova estetik əməliyyat etməsi ilə bağlı tənqidlərə sərt reaksiya verib. O, yalnız burun əməliyyatı etdirdiyini vurğulayıb:
"Məni tanıyırsınız. Burun estetiyi xaric heç bir cərrahi əməliyyat etdirməmişəm. Bəzi insanlar inadla böyüdüyümün fərqinə varmaq istəmirlər. Məni hələ də Türkiyəyə ilk gəldiyim gündəki Günel görür və tənqid edirlər. Xahiş edirəm, estetik əməliyyatlarımı deyil, səsimi danışın".

Günelin imici üzərində tanınmış stilist, hazırda İstanbulda Seren Serengillə əməkdaşlıq edən Elnur Həsənov çalışır.

Elton HACIYEV








Elton HACIYEV