"Deyirlər, Bakıda maqazinlərim, 3-4 maşınım var..." - Afaq Gəncəli


"Deyirlər, Bakıda maqazinlərim, 3-4 maşınım var..." -

Aparıcı Afaq Gəncəli "Sənətdən kənar" verilişində qonaq olub.
 
MediaTime xəbər verir ki, aparıcı özü haqda yayılan şayiələrdən söz açıb:

"Deyirlər ki, guya, Dubayda, Moskvada bir, Türkiyədə 3 evim var. Bakıda maqazinlərim var. 3-4 maşınım var, hansısa şirkətin vitse-prezidentiyəm. Dedim, Allah bunu deyənin ağzından eşitsin. Belə şeyləri sevirəm".

Afaq baxım sirləri ilə bağlı sualları cavablandırıb:

"Bəzənməkdən çox yoruluram. Özümü heç vaxt makiyaj etmirəm. Həmişə deyirəm, gedim məni makiyaj etsinlər. Hərdən deyirlər, saçına dib boyasını özün qoy. Etmirəm... Heç vaxt üzümə, saçıma maska qoymaram, mənlik deyil. Çox tənbələm".