Xalq artistlərini bir araya gətirən "Azərbaycan" - Video


Xalq artistlərini bir araya gətirən "Azərbaycan"

Xalq artistləri Aygün Kazımova və Emin Ağalarov 9 Noyabr Bayraq gününə özəl olaraq hazırladıqları “Azərbaycan” adlı layihələrini təqdim ediblər.

MediaTime xəbər verir ki, mahnının musiqisi Brendon Stoun, sözləri Brendon Stoun və Aleksandr Lev Konovalova məxsusdur.
Mahnı Kazımovanın rəsmi “Youtube” kanalında təqdim olunub və müğənninin bütün rəqəmsal platformalarında yer alıb.

Qeyd edək ki, Emin Ağalarovla duet Aygünün yeganə sürprizi deyil. İfaçının mətbuat xidmətindən bildiriblər ki, “Azərbaycan” mahnısı Kazımovanın yeni rusdilli “Ya v Nirvane ” albomunda yer alacaq. Müğənni albomu yaxın günlərdə sevənlərinə təqdim edəcək.