Aygün Kazımova "Nirvana" ilə yenilik etdi - Video


Aygün Kazımova "Nirvana" ilə yenilik etdi -

Xalq artisti Aygün Kazımova yeni “Я в Нирване” adlı rus dilli albomunu dijital platformalarda təqdim edib.

MediaTime xəbər verir ki, alboma Kazımovanın "Nirvana", "Oderjima", "Tarantino" kimi yeni mahnıları daxildir. Bununla yanaşı müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu "Azərbaycan" və Filip Kirkorovla "Jan Azərbaycan!" duetləri də albomda yer alıb.
Məşhur "Sus" mahnısının rus dilində olan və "Pust" adlı versiyası da diskə daxil edilib.
Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.
“Я в Нирване” Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur. Altı trekdən ibarət diskin buraxılışı “SS-production” şirkətinin himayəsi altında “BEAT Music” etiketində baş tutub.