Rubailin restoranı bağlandı


Rubailin restoranı bağlandı

Rübail Əzimov müğənniliklə yanaşı, Niyam Salami və Aqşin Fateh kimi biznesmen olmaq qərarı vermişdi.

MediaTime xəbər verir ki, dekabrın son günlərində bu arzusuna çatıb, öz adına restoran açan Rübail bu arzusunu nə az, nə çox cəmi  10 gün  çəkib. Şərik olduğu restoranda açılışdan  3 gün keçməmiş söz söhbətlər baş qaldırıb. Yeni il gecəsi isə bu söhbətlər pik həddə çatıb. Nəticədə şəriki ilə sözü tərs gəlib, yollarını ayıran Rübailin biznesmen kimi fəaliyyəti 10 gün olub. Sənətçi bu haqqda məlumat verməsə də, həmin məkanda Rübailin adı çıxardılaraq, adsız olaraq, fəalliyyət göstərir.