Tarix Əliyevdən nümunəvi atdım


Tarix Əliyevdən nümunəvi atdım

Prodüser və aparıcı Tarix Əliyev Uqandada yaşayan 250 yetim uşağa şəhidlərimizin ruhuna ehsan verib.

MediaTime xəbər verir ki, bu haqda prodüser özü sosial şəbəkə hesabında paylaşım edib:

“Allah qəlbləri görəndir. Həmişə mən də Afrikada olan balaca balaların videolarını görəndə ürəyimdən keçib ki, az da olsa onlara yardım edim.
Bu yaxınlarda bir həmyerlimizin belə bir xeyriyyə işi etdiyini gördüm. Mən də bu aksiyaları təşkil edən cəmiyyəti tapdım və öz vəsaitim hesabına Afrikada yerləşən Uqandadakı 250 uşağa ehsan süfrəsi açdırmaq istədim.
Bunu da 44 günlük müharibədə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə ehsan etdim.
Allah rəhmət eləsin”.