“Onu əlvan geyimdə görmədim”


“Onu əlvan geyimdə görmədim”

“Zülfiyyə adətən iki rəngdən istifadə edir. Ağ və qara. Amma bu rəngləri zövqlə istifadə edir. Yadımda deyil ki, Zülfiyyəni əlvan geyimdə görüm”.  

MediaTime xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “7 özəl” gecə şousunda deyib.  

Sənətçi küsülü həmkarının fotosessiyası haqqındakı müsbət fikirləri ilə diqqət çəkib. Ağayev Xanbabayevanın zövqünü və tərzini tərifləyib.  

“Ağ-qara nadir hallarda bəyənilir. Çünki insan gözləyir ki, bir dəfə olub, növbəti dəfə başqa bir şey olacaq. Zülfiyyə zövq məsələsini çox ciddi qoruyur. Nəticədə də çox gözəl fotosessiya alınıb. Onun fotosessiyasını çox bəyəndim. Yaxşı, keyfiyyətli fotosessiyadır”.