MediaTime xəbər verir ki, sənətkar bu məlumatın dezinformasiya olduğunu bildirib.
“Əziz atamın dəfn mərasimində dediyim sözlərin videosu əvvəlcə “Instagram”da yayıldı, sonra müsahibədə mənə bu mövzuda sual verildi, bu gün isə “1,5 milyon TL büdcə ayrıldı, Bülent Ersoyun qəbri dərin olacaq, liftlə enəcək”... Haqqımda açıqlama verən və ya verə bilən hər hansı şəxsin və ya şəxslərin bu “axmaq” sözləri mediada belə böyük yer tutacaqmı?
"Məzarı üçün 1,5 milyon TL büdcə ayırdı" başlıqları "mətbuat azadlığı" çərçivəsindədirmi?
Məntiqli və etikdirmi? Yeri gəlmişkən, mənim səlahiyyətli menecerim Haluk Şentürkdür” - deyə, B.Ersoy bildirib.
