Röya və Nurinin milyonluq sevinci


Röya və Nurinin milyonluq sevinci

Xalq artisti Röya Ayxan Nuri Sərinləndirici ilə dueti bir milyondan çox dinlənilib.

MediaTime xəbər verir ki, “Bir gün adlı” mahnı yutub platformasında hazırda trenddə ikincidir.

Musiqi ötən gün 1 milyonu aşıb, Röya instaqramda “bəyəndiyinizə sevindik, təşəkkür edirəm”, - şərhini yazıb. 

Qeyd edək ki, sözügedən bəstənin müəllifləri Orxan Mürvətli və Fərid Kərimlidir. Layihənin əsas təşəbbüskarları isə adıçəkilən simaların direktorları Lamiyə Ələkbərova və Kənan Bayramovdur.