Dilarə "TikTok"un ulduzunu oynatdı


Dilarə "TikTok"un ulduzunu oynatdı

Hər zaman adından sənətilə söz etdirən müğənni Dilarə Kazımovanın yeni ifası böyük rezonans yaradıb.

MediaTime xəbər verir ki, sənətçinin oxuduğu "Xarizma" mahnısının sorağı Türkəyədən gəlib.
Tanınmış "TikTok" ulduzu Özgür Balakar Kazımovanın mahnısına laqeyd qalmayıb. Fenomen kamera qarşısında super ulduzun “Xarizma” mahnısının sədaları altında oynayıb. Özgür TikTok hesabında bölüşdüyü videoya “Xarizma məndə” yazıb.

Qeyd edək ki, Balakarın "TikTok"-da 6,4 milyon izləyicisi var.