Seren 17 il sonra kamera qarşısına keçdi - Video


Seren 17 il sonra kamera qarşısına keçdi -

Türkiyəli müğənni və aparıcı Seren Serengil 17 il sonra daha bir yenilik edib.

MediaTime xəbər verir ki, o sözləri və musiqisi Sezen Aksuna məxsus “Valla” mahnısını ekranlaşdırıb. 

Uzun müddət sonra Serengilin klipi sosial şəbəkələrdə gündəm olub.

Öz stilindən fərqli bir layihə hazırlayan ifaçının ekran işinin rejissorluğunu Çoşkun Turgut edib.