Bekhemdən oğullarına sərt QADAĞA


Bekhemdən oğullarına sərt QADAĞA

Dünya futbolunun əfsanəsi və iş adamı Devid Bekhem addımı ilə gündəmə səs salıb.  

MediaTime  xəbər verir ki, o üç oğlu - Bruklin, Romeo və Kruza müqavilə imzaladıb.  

Müqaviləyə əsasən, Bekhemin oğulları xanımlara psixoloji və ya fiziki şiddət göstərərsə, onlara qalacaq mirasdan istifadə edə bilməyəcəklər.  

Devidin bu addımı sosial şəbəkə əhli tərəfindən alqışla qarşılanıb. Onlar bu müqaviləni digərlərinə də örnək olacaq kimi qələmə veriblər.  

Qeyd edək ki, Devid Bekhem keçmiş “Spice girls” qrupunun üzvü, britaniyalı dizayner Viktoriya Bekhemlə ailəlidir. Cütlüyün 3 oğul övladlarından başqa, Harper adlı bir qızı var.