Cey Lo uçuş-enmə zolağını podium sandı


Cey Lo uçuş-enmə zolağını podium sandı

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

MediaTime xəbər verir ki, hava limanının eniş zolağını podiuma çevirən Cey Lo gözəlliyi ilə yanaşı dəbdəbəli “Nahmias” brendinin ipək dəstinin geyimini və gözoxşayan aksesuarları nümayiş etdirib.  

Müğənni obrazını “Gucci” markasına məxsus fil sümüyü rəngdə yüksək topuqlu ayaqqabılar və bənövşəyi rəngdə “Valentino” brendindən əl çantası ilə tamamlayıb. 

Yüksək əhvalda olan pop ulduz gülərək nərdivanla təyyarəyə minib. 

O, paylaşımına "Səyahət" qısa şərhini yazıb.