Yuri Şatunovun ölümdən əvvəl son görüntüləri - Video


Yuri Şatunovun ölümdən əvvəl son görüntüləri -

Xəbər verdiyimiz kimi, Rusiyada 80-90-cı illərin məşhur pop-qrupu “Laskovıy may”ın solisti Yuri Şatunov 48 yaşında vəfat edib.

MediaTime xəbər verir ki, sənətçinin həyatını itirməzdən əvvəlki görüntüləri yayılıb.

Görüntülərdən məlum olur ki, dostları müğənnini Rastunovo kəndindəki xəstəxanaya aparıblar. Onlar xəstəxanada təxminən 10 dəqiqə vaxt keçiriblər. 

Rusiyanın əfsanəvi ulduzu təcili yardım maşını ilə təxminən 20 dəqiqəlik yolu olan Domodedovo xəstəxanasına aparılanda onun ürəyi dayanıb.

Qeyd edək ki, Y.Şatunovun ölüm səbəbi infarkt olub.