Aygün Rüfət İsmayılın dəfiləsində


Aygün Rüfət İsmayılın dəfiləsində

Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl Baku Fashion Expo 2022 çərçivəsində “Xarı Bülbül” adlı Haute Couture kolleksiyasını təqdim edib.

MediaTime xəbər verir ki, təqdimatın xüsusi qonağı, yaxın dostuna dəstək olmağa gələn, Xalq artisti Aygün Kazımova olub.

Dəfilənin əsas modeli isə Türkiyədə uğur qazanmış azərbaycanlı model Günay Musayeva olub.

Xatırladaq ki, R.İsmayılın AFFFAIR markası Beyons, Cennifer Lopez, Aşanti, Lil Kim kimi dünya ulduzlarının seçimidir.