Almaniyada “Ethnomystic” Seyran rüzgarı əsəcək


Almaniyada “Ethnomystic”  Seyran rüzgarı əsəcək

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov oktyabr ayından etibarən “Ethnomystic”adlı konsert proqramı ilə Avropa turuna start verəcək.   
 
MediaTime xəbər verir ki, ifaçı Almaniyanın bir sıra şəhərlərində sevənləri ilə görüşəcək.  

Qeyd edək ki, Seyran İsmayılxanov 1980-ci ildə Bakıda anadan olub. O, bir neçə dəfə "Avroviziya"nın Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.
Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. O, Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə bir çox beynəlxalq müsabiqə, festival və konsertlərdə çıxış edib.