Nüşabənin bu sözləri Şəbnəmi özündən çıxaracaq


Nüşabənin bu sözləri Şəbnəmi özündən çıxaracaq

Müğənni Nüşabə Musayeva qalmaqalı açıqlaması ilə gündəmə səs salıb.

MediaTime xəbər verir ki, ifaçı qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində bir çox həmkarlarını ağ yuyub qara sərib.
Bir zamanlar Şəbnəm Tovuzlu ilə rəfiqə olduğunu bildirən Musayeva onun haqda qalmaqallı fikirlər səsləndirib.

“Şəbnəm Tovuzlunun ifasında dinlədiyim mahnılar var. Amma o, ikili oyun oynayır. Çox sünidir, pafosludur, özü deyil. Hansı qadın Şəbnəmin həyatını yaşamaq istəyər ki? Şəbnəm xoşbəxt deyil”.

Musayeva Şəbnəmi “ikiüzlülük”də günahlandıraraq, ona etdiyi yaxşılıqları “başına qaxınc” edib.

Şəbnəmi biabır edən Nüşabə onunla barışmayacağını və harada gördüsə sataşacağını söyləyib.

Bundan başqa müğənni verilişdə Damlanı Şəbnəm Tovuzludan üstün tutduğunu etiraf edib.

Belə ki, Tolikin “İndi tamaşaçılar 2 cəbhəyə bölünüb deyəcəklər ki, “sən Damla tərəfindəsən, bilirsən ki, Damla ilə Şəbnəm yola getmir, Damlanı qaldırdın dağ başına” sözlərinin müqabilində Musayeva “Damla, hara Şəbnəm hara?! Damla özünə hörmət edən qızdır. Onu bura qatma”,- cavabını verib.