"Vətənim qayıdıb" - göz aydınlığı verdi


"Vətənim qayıdıb"  -

Müğənni və bəstəkar Pərviz Mahmudov “Vətənim qayıdıb” layihəsini təqdim edib.
 
MediaTime xəbər verir ki, vətənpərvərlik mövzusunda olan mahnının sözləri Nado, musiqisi isə sənətçinin özünə məxsusdur. 
 
Pərviz vurğulayıb ki, şəhidlərimizə əziz xatirəsinə mahnı səsləndirmək onun üçün önəmli bir addım olub:

“44 gündə qazanılan şanlı zəfər Azərbaycan tarixində əbədi qalacaqdır... Qarabağ seyrinə çıxdım.. Hər qarışında igid övladlarımızın, rəşadətli ordumuzun ayaq izləri var.. Dağları qürurumuz, ormanları geniş ürəyimiz olan diyarda - Şuşada Şəhidlərimizin əziz xatirəsinə həsr etdib. Torpaq - uğrunda ölən varsa, VƏTƏNDİR.. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm..”.