Rozaya "Hatice sultan" təklifi


Rozaya  "Hatice  sultan" təklifi

Müğənni Roza Zərgərli bir neçə il öncə "Muhteşem yüzyıl" serialına çəkilmək üçün təklif alıb.

MediaTime xəbər verir ki, bu barədə o, “Tam vaxtıdır” verilişində açıqlama verib. 

 “Məni “Muhteşem Yüzyıl” serialına dəvət etdilər. İbrahim Paşanın sultanını oynayacaqdım. Keçmiş həyat yoldaşım icazə vermədi, çünki 6 ay orada qalmalı idim. İmtina etdim. Sonra deyirdim, yaxşı elədim. Amma serial dünyaya çıxdı. Hər baxanda ağlayırdım”.

Qeyd edək ki, serialda Okan Yalabıkın canlandırdığı İbrahim paşa ilə evli olan Hatice sultanı Selma Ergeç oynayıb.