Beyonsa bənzətdilər


Beyonsa bənzətdilər

Xalq artisti Aygün Kazımova instaqram hesabında paylaşdığı video ilə diqqət çəkib.

MediaTime xəbər verir ki, sənətçi görüntülərin 2001-ci ildə "Ulduzlar bağı" adlı konserti zamanı çəkildiyini bildirib. Kazımovanın bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq müzakirələrə səbəb olub. 

İzləyicilərin əksəriyyəti Xalq artistini tərif yağışına tutub. Sənətçinin qızılı rəngli parlaq libası da diqqətlərdən yayınmayıb. İstifadəçilərin bəziləri Aygünün geyimini məşhur ulduz Beyonsun libası ilə müqayisə ediblər.

Onlar "Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib" deyərək Kazımovanın hər zaman zövqlü tərzi ilə seçildiyini vurğulayıblar.