Seyran İsmayılxanov Almaniyada konsert verdi


Seyran İsmayılxanov Almaniyada konsert verdi

Seyran bu ay ikinci konsertini də təqdim etdi - Fotolar
Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov  bu aya olan sayca ikinci konsertini  təqdim edib. 
MediaTime.AZ  xəbər verir ki,  sənətçinin bu dəfə konserti Almaniyanın  Berlin şəhərində baş tutub. Hər konsert proqramında müxtəlif obrazlarda olan Seyran bu dəfə də geyimi və rəqsləri ilə tamaşaçılarını təəccübləndirməyi bacarıb. Müğənni gecədə sevilən mahnılarını rəqqasə qızın əhatəsində səsləndirib.
 İki saat yarım davam edən gecədə Seyran onu dinləməyə gələn tanınmışlara da təşəkkür edib.