“Vətənimin əsgərini qoru, ya Rəbbim!”


“Vətənimin əsgərini qoru, ya Rəbbim!”

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarla bağlı paylaşım edib. 
 
MediaTime xəbər verir ki, o, sosial şəbəkə hesabında övladını itirən analara səslənərək, yayımladığı post vasitəsi ilə onlara təsəlli verib: 

“Ürəklərinə od düşən, gözü yaşlı, başı dik, qürurlu şəhid analarımıza minnətdarıq! Allahdan, səbr, mətanət, ürəklərinə rahatlıq, yaralı qazilərimizə şəfa diləyirəm! Vətənimi, vətənimin keşiyində duran əsgərimi qoru, ya Rəbbim!”.
 
Qeyd edək ki, ifaçı iş adamı Ceyhun İzerlə ailəlidir. Onların iki övladı var.