“Utan, Barskix, sənin kimi insanların zövqü elə Ermənistandır”


“Utan, Barskix, sənin kimi insanların zövqü elə Ermənistandır”

Müğənni Roza Zərgərli sosial şəbəkə hesabından Ukraynanın pop ulduzu Maks Barskixə mesaj ünvanlayıb.

MediaTime xəbər verir ki, o, ukraynalı həmkarının sosial şəbəkə səhifəsində sentyabrın 13-də cəbhədə baş verən hadisələrdə Ermənistana dəstək çıxmasına görə sərt şəkildə qınayıb.

Roza Maksı xain adlandıraraq, ona dəstək verdiyi Ermənistanda oxumasını da məsləhət görüb.

Qeyd edək ki, M. Barskix 1, 2 milyonluq instaqram hesabında Ermənistana dəstək paylaşımı edib. Sözügedən paylaşımdan sonra “İticket.az” onlayn satış platforması müğənninin Bakı konsertini ləğv edib.