Şəhid Səbuhinin ruhuna ehsan verib


Şəhid Səbuhinin ruhuna ehsan verib

Müğənni Nüşabə Musayeva nümunəvi təşəbbüsə imza atıb.

MediaTime xəbər verir ki, ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun ruhuna ifaçı ehsan verib.

Yaşadığı ərazidə təşkil olunan ehsan mərasimində Əməkdar artist Firuzə İbadova, Vətən müharibəsi qaziləri və veteranları, torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları iştirak ediblər.

Xatırladaq ki, hər iki valideynini itirən şəhid Səbuhi Əhmədov SOS uşaq sığınacaq kəndində böyüyüb. O, II Fəxri Xiyabanda dəfn olunub.