Sibel Can gülünü Ruhiyə verdi


Sibel Can gülünü Ruhiyə verdi

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Sibel Canın Bakı Konqres Mərkəzində konserti baş tutub.

MediaTime xəbər verir ki, konsertə təşrif buyuranların arasında “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva da olub. Belə ki, sevilən ulduz yeni yaşına qədəm qoyan Əliyevanı təbrik edib. Sənətçi konsertin sonlarına yaxın tamaşaçılar tərəfindən ona verilən gülləri R. Əliyevaya bağışlayıb.

Qeyd edək ki, S. Can tədbirdən əldə olunan gəliri AFAD-a bağışlayacaq. Konsert “Kevents” və “Peachline”nın təşkilatçılığı ilə reallaşıb.