Müğənni Dilarə Kazımova eyni gündə iki konsert proqramı ilə çıxış edib.
MediaTime xəbər verir ki, sənətçinin konserti martın 8-də gerçəkləşib. Sözügedən konsertə marağın çox olması ilə əlaqədar olaraq proqram üçün eyni gündə ayrı-ayrı məkanlar seçilməsinə qərar verilib.
Konsertdə ard-arda hit mahnılarını ifa edən Dilarəni səhnədə Camal Qurbanovun rəhbərlik etdiyi musiqi ansambılı müşaiyət edib. Super ulduz səhnə geyimlərinə də xüsusi diqqət ayırıb.
Eyni gündə iki konsert
