Xalq artisti Aygün Kazımova növbəti dəfə ölkədən kənarda konsert verəcək.
MediaTime xəbər verir ki, sənətçi mart ayının 19-da Moskvanın lüks restoranlarının birində Novruz bayram konsert proqramı ilə çıxış edəcək. Bu barədə pop diva sosial media hesabında məlumat verib. Kazımova konsertdə yeni və köhnə hitlərini səsləndirəcək.
Bu günə qədər sözügedən səhnədə İrakli, Sogdiana, Lyubov Uspenskaya kimi rusiyanın ulduzları konsert proqramı ilə çıxış edib.
Aygün Kazımova Novruzu Moskvada qeyd edəcək
