MediaTime xəbər verir ki, veriliş zamanı ailəsindən danışan sənətçi evlənəndən sonra dəyişdiyini bildirib:
“Ailə qurandan sonra çiyinlərimdə məsuliyyət oldu. Bir də mənim bu xasiyyətimlə, hər şeyi səliqəli düzən adamam. Əslində çox çətin oldu. Diqqətli olmağa başladım, oğlum Can olandan sonra üstəlik. Deyirdilər sən atasan. Ailəni sənətlə bərabər idarə etmək asan bir şey deyil. Bir də pop ifaçısı olanda. Muğam oxuyanda daha rahat olar. Sən uşaqlıqdan qaval ilə oturub samballı şəkildə muğam oxuyursan. Pop ifaçısı saçını, geyimini belə edər, belə qarşılanar filan... Məmur ailəsi ilə qohum oldum. Qulağım o qədər cingildədi, o qədər qeybət eşitdim ki. onlara cavab vermirəm, məqamını gözləyirəm. Mənə yapışmırsa, dəyib yerə düşürsə, nədi ki, problem? Qoy dözüm!”
Qeyd edək ki, verilişin aparıcısı Lamiyə Balacayevadır.