Aygün Kazımovanın klipindən pərdəarxası görüntülər - BACKSTAGE


Aygün Kazımovanın klipindən pərdəarxası görüntülər

Xalq artisti Aygün Kazımovanın yeni klipinin pərdəarxası görüntüləri yayımlanıb.

MediaTime xəbər verir ki, videoda "Vəfasızlar unudulmur" mahnısının ekran işinin çəkiliş səhnələri yer alıb.

Klipi "Youtube"də bir ay ərzində 1 milyon istifadəçi izləyib. 

Qeyd edək ki, “Vəfasızlar unudulmur” adlı mahnının sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsusdur. Ekran işi Moskvada lentə alınıb. Klipin rejissoru və layihənin rəhbəri İbrahim Zahidlidir. Çəkiliş Rusiyanın məşhur “Mag film Moscow” şirkətinin heyəti tərəfindən gerçəkləşdirilib. Klipdəki modellər də Rusiyadan seçilib.

Ölkənin əsas ulduzu klipdə beş fərqli obraz yaradıb. Kazımovanın stili üzərində dizayner Ülkər Zahidli çalışıb.

Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadın obrazını canlandırıb.