Çəkiliş üçün 20 kisə qum istifadə olunub...


Çəkiliş üçün 20 kisə qum istifadə olunub...

Müğənni Dilarə Kazımova ötən günlərdə çıxardığı "Olmaz" adlı dinamik tempdə mahnısına videoçarx hazırladıb.

MediaTime xəbər verir ki, sənətçi layihəsi üçün bu dəfə qum üzərində 2 fərqli obrazda kamera qarşısına keçib.

Sözü və musiqisi Sheyh Ree-ə (Şəhriyar Ramazanzadə) məxsus mahnını İsmayıl İsmayılov ekranlaşdırıb.

Qeyd edək ki, 10 saat davam edən prosesin çəkilişlərində sahil görüntüsü yaratmaq üçün 20 kisə qumdan istifadə olunub.