Murad müjdəni verdi


Murad müjdəni verdi

Bəstəkar-müğənni Murad Arif albom çıxarır.

MediaTime xəbər verir ki, bu barədə sənətçi instaqramda məlumat verib.

“10 yeni mahnıdan ibarət “Çalxala” adlı albomum işıq üzü görəcək! 10 yeni mahnı, o deməkdir ki, yeni konsertimiz özünü çox gözlətməyəcək!”.

İfaçı bildirib ki, Xalq artisti Aygün Kazımova ilə oxuduğu “Çalxala” adlı mahnıya klip çəkəcək:

“Albomun çıxış mahnısı da məhz meqastar Aygün Kazımova ilə oxuduğum “Çalxala” mahnısıdır. Klipi iyunun ilk həftələrində gözləyin. Murad dayanmır! Murad dayanmayacaq!”, - deyə, Murad bildirib.