MediaTime-ın məlumatına görə, sənətçinin bu addımı sosial şəbəkədə maraq doğurub.
Pop ulduz məsələ ilə bağlı əməkdaşımızla söhbətində bunları deyib:
“Məncə, burada şərhə ehtiyac yoxdur. Burnuma gözəl iy gəlir. Deyəsən, havada eşq qoxusu var”.
D.Kazımova çiçəyi göndərənin kimliyi ilə bağlı suala isə “Hələ sirdir. Amma tezliklə bu məsələyə yenidən qayıdacam və açıqlama verəcəm” cavabını söyləyib.
Qeyd edək ki, müğənni bir müddət əvvəl müsahibələrinin birində həyatında heç kimin olmadığını, amma sevmək istədiyini bildirmişdi.
