30 işçisinin hər birinə 1000 manat verdi


30 işçisinin hər birinə 1000 manat verdi

Koronavirus səbəbi ilə işləməyən türkiyəli müğənni Ebru Gündeş işçilərini maaş sisteminə keçirib.

MediaTime.Az xəbər verir ki, işçilərini çətin vəziyyətdə qoymaq istəməyən sənətçi 30 nəfərdən ibarət kollektivinin hər birinə 4 min lirə (təxminən 1000 manat) məvacib verib.
Ümumi olaraq 120 min lirə (30 min manat) xərcləyən E.Gündeş karantindən öncəki konsertində 450 min lirə (112 min manat) gəlir əldə etmişdi.