Xatun Əliyeva 35 ailəni 1 ay ərzaqla təmin edib


Xatun Əliyeva 35 ailəni 1 ay ərzaqla təmin edib

Azərbaycanın tanınmış sənət adamlarının koronavirus üzündən aztəminatlı ailələrə dəstəyi davam edir.
 MediaTime.Az xəbər verir ki, məşhur prodüser Tarix Əliyevin çağırışına qoşulan tanınmışların sırasında illərin müğənnisi Xatun Əliyeva da var. Xatun Əliyeva ehtiyac içərisində yaşayan 35 ailəni bir ay ərzaqla təmin etməyi öz üzərinə götürüb. O, görüntüləri İnstaqram səhifəsində paylaşaraq “Bu gün məndə komandamızla birlikdə 35 ailəyə yardım etdik” sözlərini yazıb. Qeyd edək ki, Tarix Əliyevin çağırışına Kamil Zeynallı, Rəqsanə İsmayılova, Ruhi Əliyeva, Rəqsanə İsmayılova, Fatimə Fətəliyeva, Şəbnəm Tovuzlu kimi tanınmışlar da qoşulub.