MediaTime.Az xəbər verir ki, ifaçılar sosial şəbəkədə evlərindən foto paylaşıb. Onların evi izləyicilərin diqqətini cəlb edib. İzləyiciləri Sevil-Sevincə ağızdolusu tərif yağdırıb. Əkizlərin yeni fotosu marağa səbəb olub.
Qeyd edək ki, ötən gün bacılar bu açıqlaması ilə gündəmə gəlmişdilər:
“Yaxşı ki, dörd yerə lotoreya oynayırıq. Toy olmasa da, lotoreyadan pul götürürük, onunla dolanırıq. Bəxtimizdən dörd ay ard-arda bizim sıralar gəlir. Heç şanslı deyilik. Planlaşdırmışdıq ki, o pulları götürüb hər ay bir ölkəyə istirahətə gedəcəyik. Qismət olmadı, ancaq qarnımıza xərcləyirik”.
