Həm rejissor, həm stilist oldu - Seyrandan yeni klip


Həm rejissor, həm stilist oldu - Seyrandan yeni klip

Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov  öz evində klip çəkdirib.

MediaTime.Az xəbər verir ki, sənətçi musiqisi və sözləri özünə məxsus "Lunnıy svet" adlı mahnını ekranlaşdırıb. 
Seyran bu dəfə iki obrazda kamera qarşısına keçib. Sənətçi geyimlərinin dizaynını özü verib. Bundan əlavə, Seyran ekran işinə də rejissorluq edib.
Müğənni evində ağ-qara rəngdə lentə alınan ekran işini "Youtube" kanalına yerləşdirib.