Vüqar lağa qoydu,Elza od "püskürdü"


Vüqar lağa qoydu,Elza od "püskürdü"

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdulovun "5/5" axşam şousunda dilə gətirdiyi "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə "ana qaz, ananas"... Etmə belə başına dönüm sənin, Elza" sözlərinə sərt reaksiya verib.

MediaTime.Az bildirir ki, sənətçi "Xəzər" televiziyasında yayımlanan "X Maqazin" proqramında meyxanaçının qalmaqallı çıxışına kəskin şəkildə münasibət bildirib: "Vüqarı dostum, qardaşım kimi qəbul etmişəm. Başa düşmədim ki, o, bu sözləri niyə söylədi. Qəlbim Vüqardan incidi, sızladı. Paxıllar guya məni başa düşməmiş kimi özlərini aparırlar. Gülürlər mənə. Onlar hirsindən gülürlər. Elə paxıl insanlar var ki, içi qaynasa da, üzü gülür. Amma onlar çarəsizlikdən gülürlər.

Elza bilir nəyi bilir, nə yazır. Ananas şeirimin də ardı var. Bunu ağıllı adam dərk etsə, biləcək ki, Elza yazdığı şeirdə nə demək istəyir. Bir insanın ki həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq".