Seyran İsmayılxanov "Karvan" qrupunun mahnısını oxudu


Seyran İsmayılxanov "Karvan"  qrupunun mahnısını oxudu

Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov  yeni mahnısını təqdim edib.
 
MediaTime.Az xəbər verir ki, xarizmatik ifaçı bu dəfə dillər əzbərinə çevrilən "Qara gözlər" bəstəsinə yeni nəfəs verib.
 
Sözləri Malik Fərrux, musiqisi Mikayıl Vəkilova məxsus olan mahnını Carlos Chacon aranjiman edib.
 
Qeyd edək ki, bu mahnının ilk ifaçısı XX əsrin 90-cı  illərdə " "Karvan" qrupu olub.