“Ərim lap kötücəm yaşındadır, ayrılım?” - Nüşabə Ələsgərli


“Ərim lap kötücəm yaşındadır, ayrılım?” - Nüşabə Ələsgərli

Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşı Reza Toni barədə danışıb.

Sənətçi “X maqazin” verilişində sosial şəbəkədə evliliyi barədə yazılan tənqidlərdən danışıb:  
“Yazırlar ki, ərin oğlun yaşındadır. Lap nəvəm, nəticəm, kötücəm yaşındadır. Dostlar sevinsin, düşmənlər də partlasın. Neyləyim indi, ayrılım? Kimsə nəsə yazacaq deyə ayrılım kişidən? 14 ildir bir yerdəyik. Onun 46, mənim 53 yaşım var. İndi hansı dövrdür ki, yazırlar ki, “mən nənəyəm, o, nəvəmdir”. Sizə nə? Sizi narahat edən nədir?
Amma mən belə şeyləri vecimə də almıram. Adamın saqqalı, saçı ağarıb, deyirlər nəvən yaşındadır. Bunu yazanlar içinin neqativini tökür. Özləri də bilir ki, düz yazmırlar. Münasibətlərimizi bilirlər. Yanlış yazmırlar, guya xətrimə dəymək istəyirlər”.

Xatırladaq ki, cütlük 2006-cı ildən bərabərdir.