O da MTV-də aparıcılıq edəcək


O da MTV-də aparıcılıq edəcək

106.3 FM radiosunun aparıcısı DJ Kazım Sübhan “MTV Azərbaycan” kanalında aparıcılıq edəcək. 


DJ Kazım Sübhan Mediatime.AZ-a açıqlamasında məlumatı qismən təsdiqləyib:

"Sadəcə bunu deyə bilərəm ki, veriliş həftədə bir dəfə yayımlanacaq. Məşhurlarla müsahibələr edəcəm". 

Qeyd edək ki, artıq proqramın ilk çəkilişi də gerçəkləşib. K.Sübhan illərdir 106,3 FM-də çalışır. O, “Muleyli”, “Ulduzxana” kimi məşhur verilişləri aparıb.


Elton Hacıyev / “MediaTime