"Arzuolunmaz övlad idim" - Məleykə Əsədova


"Arzuolunmaz övlad idim" - Məleykə Əsədova

"Atam ad günü günü dünyasını dəyişdi. O vaxta kimi nə kədər, nə hüzur yeri görmüşdüm. Yuxuda nə görürdüm olurdu. Atam heç vaxt ağrımırdı. İnfarkt keçirib öldü. Onun ölümünü yuxuda görmüşdüm. Anamın ürəyi xəstə idi, həmişə ondan qorxurduq". MediaTime.Az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Atasının ölümündən danışan aktrisa arzuolunmaz övlad olduğunu etiraf edib:

"Məni oğlan gözləyirmişlər. Arzuolunmaz uşaq idim. Amma ailəyə böyük uğur gətirdim. Məndən sonra qardaşım doğuldu. Amma 1 yaşında dünyasını dəyişdi. Mənim ağlamağım ailəyə ziyan gətirirdi, ona görə qəlbimə dəymirdilər. Məktəb illərində qəşəng qız olmamışam, arıq, uzun, cılız idim.
Atamdan sonra çətinlik, əziyyət nədir bildim. Zəif olmadım, çiynimdə böyük yüklər daşıdım. Universiteti bitirəndə 1 il rayonda qaldım. Allah ağlımı əlimdən almadı. Toylara getdim, lotereya oynadım və pulumu toplayıb Bakıda ev aldım. Evim olmasaydı, maşın almayacaqdım".