"İnstaqrama girən qadınların 70%-i fahişələrdir" deyən Nadirə aparıcıdan dəstək


"İnstaqrama girən qadınların 70%-i fahişələrdir" deyən Nadirə aparıcıdan dəstək

Tanınmış aparıcı Könül Muxtarova müğənni Nadir Qafarzadənin ötən həftə gündəmə bomba kişi düşən "İnstaqrama girən qadınların 70%-i fahişələrdir" sözünə münasibt bildirib.
Aparıcı BiG.AZ-a müsahibəsi zamanı Nadir Qafarzadənin fikirləri ilə razılaşdığını dilə gətirib:

"Nadir Qafarzadə mənim ürəyimdir. O, hər zaman dilinin bəlasına düşüb. Nadir bu açıqlamada da demək istəyib ki, instaqrama girənlərin çoxu, hətta 70%-i pozğunlardır. Bunu elə bir cəsarətlə, elə bir tərzdə deyib ki, hətta məni də o cərgəyə qatıb. Mən onu deyim ki, kaş ki, çoxlarının ürəyi Nadir kimi olardı. Adam sözün düzünü deyib. Amma bir şey də var ki, o qədər sosial şəbəkələrdən istifadə etməyib, pis-pis işlərlə məşğul olan adamlar da var ki… Yəni bu şeylər sosial şəbəkələrin varlığı ilə ölçülmür".