"Mən çıxdığım səhnələrə o müğənnilər gəlsə, onları həbs edərlər" - Vasif Məhərrəmlidən QALMAQALLI AÇIQLAMA


"Mən çıxdığım səhnələrə o müğənnilər gəlsə, onları həbs edərlər" - Vasif Məhərrəmlidən QALMAQALLI AÇIQLAMA

Bu dəfə "ARB" kanalında yayımlanan "Show news" verilişinin qonağı əməkdar artist Vasif Məhərrəmli olub.


MediaTime.Az xəbər verir ki, qalmaqallı açıqlaması ilə gündəmə gələn Vasif ad çəkməsə də, bayağı mahnılar oxuyan müğənnilərə atmacalar atıb:

"Yeri gələndə elələri bizim sənətimizi də bəyənmir. Baxmayaraq ki, özlərində heç nə yoxdur. Mən onların bəzilərini bəzən tənqid edirəm. Amma sonradan peşman oluram. Hər kəs özünü və yerini bilməlidir. Bu gün fonoqram oxuyanların dövrü tezliklə bitəcək. Mən oxuduğum məkanlara bayağı oxuyan müğənnilər gəlsə, onları həbs edərlər dərhal. Onlara on il iş kəsərlər. Onların nə işi var biz olan yerdə?!"