Dekabrın 31-i Miri Yusif “Hayatım” adlı mahnısına çəkilmiş klipi təqdim edib.
“MediaTime” xəbər verir ki, bu mahnı onun Türkiyə üçün hazırladığı “Al Təyyarə” albomunda yer alıb.
Türk dilində olan “Hayatım” mahnısının musiqisi və sözləri Jay Huna aiddir. Mahnı Arif Zeynalov tərəfindən aranjiman olunub. Klipin rejissoru Zəki Bağırovdur.
Klip Türkiyənin məşhur “NetD” musiqi portalında yerləşdirilib.
Elton Hacıyev
İlin son günü klip təqdim etdi VİDEO
